Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “İctimai Şura” yaradır
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi “İctimai Şura” yaradır

Şura üzvlüyünə namizədlərin qeydiyyatına start verildi

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyət istiqamətləri üzrə hüquqi aktların qəbulunda, müvafiq fəaliyyət sahələrində ictimai nəzarətin təşkilində vətəndaş cəmiyyəti institutlarının iştirakını təmin etmək məqsədilə “İctimai Şura”nın yaradılması prosesinə başlanılıb.

"İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 22 noyabr 2013-cü il tarixli 816-IVQ nömrəli Qanunu və Nazirlər Kabinetinin 30 may 2014-cü il tarixli 171 nömrəli Qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şura üzvlüyünə namizədlərin irəli sürülməsi prosesinə 9 iyul 2021-ci il tarixindən başlanılacaq. Namizədlərin irəli sürülməsi və qeydə alınması prosesi 20 iş günü müddətində, yəni 9 avqust 2021-ci il tarixində saat 17:00-da yekunlaşacaq. 

İctimai Şura üzvlərinin say həddi 11 nəfər müəyyən edilib. Hər bir vətəndaş cəmiyyəti institutu Şura üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər. 

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında İctimai Şurada üzvlüyə namizədlərə dair tələblər:
 

  • Şuraya milliyyətindən, dilindən, dinindən, irqindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə memarlıq, şəhərsalma və inşaat sahəsi üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının 16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı üzv ola bilər.

İctimai Şuranın üzvlüyünə irəli sürülən namizəd aşağıdakı sənədləri təqdim etməlidir:
 

  • Namizədin şəxsiyyət vəsiqəsinin surəti;
  • Namizədin tərcümeyi-halı;
  • Namizəd hər hansı bir vətəndaş cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin surəti;
  • Şəxsin müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər sənədlər).

Tələb olunan sənədlərdən əlavə vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən digər sənədlər də təqdim edilə bilər. Namizədlər qeyd olunan sənədləri 2021-ci il 9 iyul - 9 avqust tarixləri arasında, iş günləri saat 10:00-dan 17:00-dək Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə (Seçki Komissiyasına) şəxsən təqdim edə və ya ictimaishura@arxkom.gov.az elektron ünvan vasitəsilə onlayn formada müraciət edə bilər. İctimai Şuraya namizədliyi irəli sürmüş şəxsin qeydiyyatına Seçki Komissiyası tərəfindən 3 iş günü müddətində baxılacaq və müvafiq qərar qəbul ediləcək.
Əlavə məlumat üçün Seçki Komissiyası ilə +994 12 492 31 89 (712) nömrəli telefonla əlaqə saxlanıla bilər.



Bütün xəbərlər