Nam
iq Məhəmməd oğlu Hümmətov
Doğulduğu tarix və yer: 07.10.1971, Bakı şəhər
Təhsili: 1994-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Yükdaşıyıcı nəqliyyat, tikinti yol maşınları və avadanlığı ixtisası üzrə bitirib, mühəndis-mexanikdir.
Əmək fəaliyyəti:
1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maşınqayırma Baş İdarəsində əmək fəaliyyətinə başlayıb.
1995-2018-ci illərdə müxtəlif şirkətlərdə inzibati vəzifələrdə çalışıb, o cümlədən 2007-ci ildən etibarən tikinti şirkətlərində işləyərək respublikasının müxtəlif bölgələrində çoxsaylı inzibati və yaşayış binalarının tikintisinin təşkilinə rəhbərlik edib.
2018-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi vəzifəsində çalışıb.
2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb, eyni zamanda 9 yanvar 2020-ci il tarixindən etibarən Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edib.
Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə Namiq Məhəmməd oğlu Hümmətov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 4 mart 2026-cı il tarixli Sərəncamı ilə Namiq Hümmətov “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.