Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Namiq Məhəmməd oğlu Hümmətov

Doğulduğu tarix və yer: 07.10.1971, Bakı şəhər

 

Təhsili: 1994-cü ildə Azərbaycan Politexnik İnstitutunun Mexanika fakültəsini Yükdaşıyıcı nəqliyyat, tikinti yol maşınları və avadanlığı ixtisası üzrə bitirmişdir, mühəndis-mexanikdir.

 

Əmək fəaliyyəti: 

 

1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Maşınqayırma Baş İdarəsində əmək fəaliyyətinə başlamışdır.

 

1995-2018-ci illərdə müxtəlif şirkətlərdə inzibati vəzifələrdə çalışmışdır, o cümlədən 2007-ci ildən etibarən tikinti şirkətlərində işləyərək respublikasının müxtəlif bölgələrində çoxsaylı inzibati və yaşayış binalarının tikintisinin təşkilinə rəhbərlik etmişdir.

 

2018-2019-cu illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin Şəhər Ərazisinin Tikinti Planlaşdırma İdarəsinin rəisi vəzifəsində işləmişdir.

 

2019-2020-ci illərdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb, eyni zamanda 9 yanvar 2020-ci il tarixindən etibarən Komitə yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi vəzifəsini icra edib.

 

Azərbaycan Respublikası Prezidentinin 4 iyun 2020-ci il tarixli Sərəncamı ilə Namiq Məhəmməd oğlu Hümmətov Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsinə təyin edilib.