Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Könüllülük fəaliyyəti haqq...
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Könüllülük fəaliyyəti haqqında ELANI
Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Könüllülük fəaliyyəti haqqında ELANI

 

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsində “Könüllülük fəaliyyət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq könüllülük fəaliyyətinə start verilmişdir. Hərəkatın əsas məqsədi könüllü gəncləri müxtəlif layihələrə cəlb etməklə ictimai faydalı fəaliyyətə yönəltmək, Komitənin fəaliyyət istiqamətlərinə uyğun olan müxtəlif sahələr üzrə vətəndaşlara xidmət göstərilməsi vərdişlərinə, iş təcrübəsinə yiyələnmələrini təmin etməkdir. Maraq göstərən gənclər Komitədə vətəndaşlara xidmət, sənədlərlə iş və digər sahələrdə könüllülük fəaliyyətinə dəvət edilirlər.

Ümumi tələblər:

Təhsili: Komitənin fəaliyyət istiqamətləri üzrə ali və ya texniki peşə təhsili

Yaş: 19 – 29 yaş

İT-dən istifadə bacarıqları: MS Ofis proqramları ilə tanışlıq, kompüterdə istifadəçi səviyyəsində işləmək bacarığı

Dil bilikləri: Azərbaycan dili – yüksək səviyyədə, Rus dili – orta səviyyədə

Şəxsi keyfiyyətlərə dair tələblər:

  • Ünsiyyət qabiliyyəti – yüksək səviyyədə (səlis və qramatik nitq)

  • İntizamlılıq – yüksək səviyyədə

  • Komandada işləmək bacarığı – yüksək səviyyədə

  • Təşkilatçılıq bacarığı – yüksək səviyyədə

Komitədə könüllü olmağın üstünlükləri:

  • könüllünün öz ixtisası üzrə peşə bilikləri əldə etməsi imkanı;

  • könüllünün real iş mühitində çalışması və zəruri iş vərdişləri inzibatçılıq təcrübəsi əldə etməsi imkanı;

  • könüllünün inkişafına yönəlmiş tədbirlərdə (seminar, təlim və s.) iştirak;

  • könüllülük fəaliyyəti zamanı seçilmiş şəxslərin Komitədə işə düzəlmək imkanı;

Müraciət qaydası:

Komitədə könüllü kimi fəaliyyət göstərmək istəyən və yuxarıda qeyd olunan tələblərə uyğun gələn şəxslər “CV”-lərini hr@arxkom.gov.azelektron poçt ünvanına və ya Komitənin ünvanına (Bakı şəhəri, Füzuli küçəsi, 65) müraciət edə bilərlər.

 

QEYD: Komitənin elektron poçt ünvanına “CV” göndərərkən mövzu sətrində “Könüllü” qeyd edilməsi xahiş olunur.



Bütün xəbərlər