Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

WUF13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Meksikanın Aqrar, ərazi və şəhərsalma naziri ilə görüşüb
WUF13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Meksikanın Aqrar, ərazi və şəhərsalma naziri ilə görüşüb

Mayın 20-də WUF13 çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Meksikanın Aqrar, ərazi və şəhərsalma naziri Edna Elena Vega Rangel ilə görüş keçirib.

 

Görüş zamanı əməkdaşlıq perspektivləri müzakirə edilib, həmçinin şəhər transformasiyası, həyat keyfiyyətinin yüksəldilməsi və Böyük Qayıdış Proqramı çərçivəsində ərazilərin post-münaqişə bərpası sahəsində Azərbaycanın təcrübəsi bölüşülüb.

 

Eyni zamanda, Ümumdünya Şəhərsalma Forumunun təşkili məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə növbəti WUF14 sessiyasına ev sahibliyi edəcək Mexiko şəhərinə uğurlar arzulanıb.



Все новости