Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən memarların mükafatlandırılması mərasimi keçirilib.
Ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən memarların mükafatlandırılması mərasimi keçirilib.

Adı strateji təfəkkür və müasirləşmə rəmzinə çevrilən Ulu öndər Heydər Əliyev Azərbaycan memarlığında silinməz izlər qoyub. Onun rəhbərliyi müddətində ölkədə bir çox mühüm memarlıq layihələri reallaşdırılıb, əsl intibah dövrü yaşanıb. Bunu nəzərə alaraq, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Heydər Əliyev İli” çərçivəsində növbəti tədbir – müxtəlif nominasiyalar üzrə ilin ən yaxşı layihə memarlarının mükafatlandırılması mərasimi keçirilib.  

 

Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov və Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə çıxış ediblər. Ümummilli Liderin memarlıq sahəsinə olan əbədi sevgisindən danışılıb, bu tədbirin ilk dəfə “Heydər Əliyev ili” çərçivəsində keçirilməsinin rəmzi xarakter daşıdığı bildirilib. Hər il təşkil olunacaq təltifedilmənin ən keyfiyyətli və müasir layihələrin sayının artırılmasında, layihəçi memarlar arasında rəqabət mühitinin gücləndirilməsində, eləcə də bu sahədə yeni mütəxəssislərin formalaşdırılmasında xüsusi rol oynayacağı qeyd edilib.

 

Sonra orijinallığı və yeni konsepsiyaların istifadəsində fərqliliyinə görə seçilmiş ən yaxşı memarlıq layihələrinin müəllifləri - memarlar Elçin Umudov (Bakı Dövlət Layihə İnstitutu), Fizuli Əliyev, Əli Məmmədov, Məleykə Novruzlu (“Design Bureau”), Cahangir Məmmədrzayev (Bakı Dövlət Layihə İnstitutu), Marselina Zielinska (“Chapman Taylor”), Karlis Saltups (“Cobalt Architecture & Design”) və Martin Knujit (“OKRA”) “Çoxmənzilli yaşayış binalarının memarlığı”, “İctimai binaların memarlığı”, “Mədəniyyət və dini abidələrin memarlığı”, “Landşaft memarlığı”, “Binaların bərpası və yenidən qurulması”, “Nəqliyyat, rabitə və mühəndis bina və qurğularının memarlığı” nominasiyaları üzrə təltif ediliblər. Həmçinin bəzi memarlara həvəsləndirici diplomlar da təqdim edilib.



Все новости