Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Read Qasımov “İctimai proseslər media müstəvisində” Forumunda iştirak edib
Read Qasımov “İctimai proseslər media müstəvisində” Forumunda iştirak edib

Azərbaycan Respublikasının  Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov 1 may 2026-cı il tarixində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən təşkil olunan “İctimai proseslər media müstəvisində” Forumunda iştirak edib.

 

Tədbirdə çıxış edən Read Qasımov şəhərsalma proseslərinin insanların həyat keyfiyyəti, şəhər mühitinin inkişafı və rahat ictimai məkanların formalaşdırılması ilə birbaşa bağlı olduğunu bildirib. Həmçinin Bakı şəhərinin 2040-cı ilədək Baş planı çərçivəsində həyata keçirilən inkişaf istiqamətlərindən bəhs edib. Qeyd edib ki, Baş plan şəhər infrastrukturunun təkmilləşdirilməsi, əlverişli və insanmərkəzli şəhər mühitinin yaradılması, eləcə də vətəndaşların rifahının yüksəldilməsinə xidmət edir.

 

Xüsusilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunmasının bu sahənin inkişafına göstərilən daimi xüsusi diqqət və qayğının daha bir bariz nümunəsi olduğunu vurğulayıb.

 



Все новости