Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə şəhər planlaşdırılmasında enerji səmərəliliyinin tətbiqi üzrə müasir beynəlxalq təcrübəyə yiyələnir
Komitə şəhər planlaşdırılmasında enerji səmərəliliyinin tətbiqi üzrə müasir beynəlxalq təcrübəyə yiyələnir

Son illər Azərbaycan müasir şəhərsalma sahəsində enerji səmərəliliyinə böyük əhəmiyyət verir.

 

Bununla əlaqədar olaraq, mütəxəssislərin ixtisasları və enerji səmərəliliyinin artırılması tədbirlərinə dəstək məqsədilə beynəlxalq ekspertlərin, o cümlədən təşkilatların iştirak etdiyi sistemli seminar və təlimlər keçirilir. Belə ki, 25-26 oktyabr tarixlərində Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin enerji səmərəliliyi üzrə ixtisaslaşmış ekspertləri Avropa Komissiyasının TAIEX (Texniki Yardım və İnformasiya Mübadiləsi) missiyası çərçivəsində “Binalarda enerji səmərəliliyi və enerji istehlakı barədə ən yaxşı Avropa təcrübəsi” mövzusunda iki günlük seminarda iştirak ediblər.

 

Seminarda müasir şəhərsalmada enerji səmərəliliyinin tətbiqi, dayanıqlı şəhər iqtisadiyyatı, habelə enerji inkişafı məsələlərinə toxunularaq müasir beynəlxalq təcrübə, bu sahədə olan yanaşmalar və əməli addımların istiqamətləri barədə maraqlı və faydalı müzakirələr aparılıb.

 

Yerli mütəxəssislərin çalışdıqları sahələrdə əldə edilmiş təcrübə və biliklərinin tətbiqini, həmçinin həmkarlar ilə bölüşülməsini təmin etmək üçün Komitə tərəfindən əlavə addımlar atılaraq bu kimi təlim proqramlarının davam etdirilməsi planlaşdırılır.



Все новости