Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Komitə sədri Anar Quliyev Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxış edib
Komitə sədri Anar Quliyev Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında çıxış edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakıda keçirilən IV Beynəlxalq Minatəmizləmə Konfransında “Şəhərlərin bərpasının təməlində minatəmizləmə fəaliyyəti” mövzusunda panel müzakirəsində çıxış edib.

 

Çıxışda Qarabağ və Şərqi Zəngəzurun bərpası nümunəsində mina fəaliyyəti ilə ərazi planlaşdırılması arasındakı əlaqəyə diqqət çəkilib. Qeyd olunub ki, postmünaqişə dövründə bərpa yalnız dağıdılmış infrastrukturun yenidən qurulması deyil, bütöv ərazilərin gələcək inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasıdır. Bu baxımdan təhlükəsiz torpaqların yaradılması şəhərsalma və ərazi planlaşdırılması prosesinin mühüm başlanğıc mərhələsini təşkil edir.

 

Bildirilib ki, işğaldan azad edilmiş ərazilərdə hazırda təxminən 90 min insan yaşayır, işləyir və təhsil alır. Burada artıq 16 500 yeni yaşayış vahidinin tikintisinə icazə verilib. 

 

“Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və yenidənqurma işləri bütöv ərazilərin transformasiyasını nəzərdə tutur. Bu baxımdan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyəti ayrı-ayrı şəhər və yaşayış məntəqələrinin planlaşdırılması ilə məhdudlaşmır, ərazilərin uzunmüddətli inkişafını müəyyən edən məkan çərçivəsinin formalaşdırılmasını da əhatə edir”, - deyə A.Quliyev vurğulayıb.

 

2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması fonunda təhlükəsizlik, dayanıqlılıq və uzunmüddətli planlaşdırma prinsiplərinə əsaslanan yeni şəhər inkişafı gündəliyinin formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.



Все новости