Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri İsmayıllı şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu davam edir. Cari ayın cədvəlinə uyğun olaraq aprelin 15-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla yad edilib.

İsmayıllı şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq müraciətlərdən bəziləri yerində həllini tapıb, digərlərinin araşdırılaraq həll edilməsi məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilib.

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.



Все новости