Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni karyera imkanları təqdim edib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yeni karyera imkanları təqdim edib

Komitə gənclərin peşəkar inkişafına və məşğulluğuna dəstək məqsədilə təşkil olunan növbəti  karyera sərgilərində iştirak edib. Sərgilər 1-2 may tarixlərində Azərbaycan Memarlıq və İnşaat Universiteti və ADA Universitetində keçirilib.

 

Sərgidə iştirak edən gənclərə qurumun fəaliyyət istiqamətləri, mövcud vakant yerlər və təcrübə imkanları haqqında ətraflı məlumat verilib, gələcək əməkdaşlıq və karyera perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

 

Tədbir çərçivəsində tələbə və məzunlara ixtisaslarına uyğun vakant vəzifələr və təcrübə proqramları təqdim edilib. Gənc mütəxəssislər xüsusilə “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq layihələrinə dair vakansiyalara maraq göstəriblər.

 

Komitə gənclərin məşğulluq imkanlarını genişləndirmək və əmək bazarına inteqrasiyasına dəstək olmaq məqsədilə bu cür platformalarda iştirakını davam etdirəcək.



Все новости