Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Cenevrədə qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalar müzakirə olundu
Cenevrədə qlobal mənzil böhranının həllinə dair birgə yanaşmalar müzakirə olundu

Komitə sədri Cenevrəyə səfəri zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin XXXV Yüksək Səviyyəli Toplantısı çərçivəsində dövrümüzün ən aktual çağırışlarından biri olan qlobal #mənzil böhranının həllinə dair birgə yanaşmalara həsr olunan panel müzakirəsində iştirak edib.

 

İqlim dəyişikliyi, məcburi köçkünlük və demoqrafik dəyişikliklər mənzil məsələsini şəhər gündəliyinin tam mərkəzinə qoyur. Buna görə də Komitə sədri mənzilin ayrıca bir sahə kimi deyil, təhlükəsiz, inklüziv və dayanıqlı şəhərlər və yaşayış məskənlərinin əsas sütunu kimi nəzərdən keçirilməli olduğunun vacibliyini bildirib.

 

Anar Quliyev Azərbaycanın əlçatan mənzil sahəsindəki təcrübəsi, eləcə də “Yenidən və Daha Yaxşı Quraq” prinsipi əsasında Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan yenidənqurma və əhalinin doğma torpaqlara qayıdışı üzrə transformativ yanaşmaları bölüşüb.

 

Bu gün mənzil sahəsində mövcud çağırışlar heç bir ölkə tərəfindən təkbaşına həll edilə bilməz. Bu baxımdan, Komitə sədri həmkarlarını 17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında iştiraka dəvət edib.a



Все новости