Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Bakı Şəhərsalma Həftəsi çərçivəsində inklüziv və dayanıqlı şəhərlərin inkişafında qadınların roluna həsr olunan hibrid formatlı tədbir keçirilib
Bakı Şəhərsalma Həftəsi çərçivəsində inklüziv və dayanıqlı şəhərlərin inkişafında qadınların roluna həsr olunan hibrid formatlı tədbir keçirilib

“Qadınlar inklüziv şəhərlərin hərəkətverici qüvvəsi kimi” adlı tədbirdə təhlükəsiz və inklüziv şəhər mühitinin formalaşdırılması, iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlı şəhər inkişafı ətrafında müzakirələr aparılıb. İtaliya, ABŞ, Almaniya və Azərbaycandan olan ekspertlərin qatıldığı onlayn paneldə inklüziv şəhərsalma yanaşmaları və dayanıqlı icma inkişafı ilə bağlı təcrübələr bölüşülüb. Bakı şəhərində təşkil olunan ənənəvi tədbir çərçivəsində isə Azərbaycanın müxtəlif bölgələrindən olan qadın sahibkarların iştirakı ilə Qadın İcma Yarmarkası təşkil olunub.

 

Vurğulanıb ki, qadınların şəhər iqtisadiyyatında və ictimai həyatdakı fəal iştirakı daha dayanıqlı, əlçatan və insanyönümlü şəhər mühitinin formalaşdırılmasında mühüm rol oynayır.



Все новости