Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Dayanıqlı və davamlı şəhərlərin inkişafında insan kapitalının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib
Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Dayanıqlı və davamlı şəhərlərin inkişafında insan kapitalının rolu” mövzusunda beynəlxalq konfrans keçirilib

WUF13 ərəfəsində keçirilən maarifləndirici və beynəlxalq əməkdaşlıq platformaları davam edir. Bu çərçivədə təşkil olunan Bakı Şəhərsalma Həftəsi boyunca şəhərsalma, memarlıq və dayanıqlı inkişaf mövzularına həsr edilən müxtəlif tədbirlər iştirakçıları bir araya gətirir.

 

Tədbirlərdən biri də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə keçirilən “Dayanıqlı və davamlı şəhərlərin inkişafında insan kapitalının rolu” mövzusunda beynəlxalq konfransdır.

 

Panel sessiyalarda inklüziv şəhər inkişafı, təhsil və potensialın gücləndirilməsi, iqlimə davamlılıq və rəqəmsal transformasiya istiqamətlərində müzakirələr aparılıb, beynəlxalq təcrübə və innovativ yanaşmalar paylaşılıb.



Все новости