Bakı Şəhərsalma Həftəsi çərçivəsində Atəşgah məbədinə mədəni-tarixi ekskursiya təşkil olunub
Ekskursiya zamanı iştirakçılara Atəşgahın tarixi və memarlıq xüsusiyyətləri, tarixi irs abidələrinin qorunması, şəhər kimliyinin formalaşmasında mədəni irsin rolu və inkişaf proseslərində tarixi məkanların əhəmiyyəti barədə məlumat verilib.