Параметры

Внешний вид сайта

Инверсия

Акцентный цвет

Размер шрифта

Межбуквенный интервал

Межстрочный интервал

Использовать шрифт

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev aprel ayının 15-də İsmayıllı və Ağsu rayonlarından olan vətəndaşları qəbul edəcək.    

Vətəndaşların qəbulu saat 10:00-dan etibarən İsmayıllı şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək. 

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin (+994 12) 493 34 67,  (+994 12) 595 13 50 (daxili 598; 599) nömrəli telefonları vasitəsilə müraciət edə bilərlər.   

Bununla yanaşı, vətəndaşlar  “əlaqə” bölməsində yerləşən müraciət formasını dolduraraq  qəbula yazıla bilərlər.