WUF13 Azərbaycan Pavilyonunda “Şəhərlər üçün lüğət” (“A Dictionary for Cities”) kitabının təqdimat mərasimi keçirilib
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov nəşr haqqında məlumat verib.
Ramil Cahangirov bildirib ki, hazırlanma mühüm təşəbbüsdür: “Son beş il və daha uzun müddətdir ki, beynəlxalq tərəfdaşlarla fəal əməkdaşlıq edirik. Bu əməkdaşlıq yalnız bizi deyil, həm də beynəlxalq tərəfdaşlarla sıx çalışan gənc memarları, urbanistləri və şirkətləri əhatə edir. Bu baxımdan, ortaq peşəkar dilin formalaşdırılması olduqca vacibdir. Bu lüğəti memarlar, şəhərsalma mütəxəssisləri və sahəyə maraq göstərən hər kəs üçün faydalı və praktik alət hesab edirik. Nəşr terminologiyanın, anlayışların daha düzgün qavranılmasına və müasir tendensiyaların mənimsənilməsinə dəstək olacaq.”
Все новости