WUF13 Azərbaycan Pavilyonunda “D-8 Yüksəksəviyyəli Enerji və Şəhər Dialoqu” tədbiri keçirilib
Tədbir dayanıqlı şəhərlərin gələcəyi və regionun enerji transformasiyasına həsr olunub.
Müzakirələrin mərkəzində enerji keçidi, dayanıqlı şəhərlər, iqlim dayanıqlılığı və D-8 regionunun 1,25 milyarddan çox əhalisi üçün müasir şəhər infrastrukturunun inkişafı dayanıb.
Azərbaycan həmçinin Bakıda Enerji və İqlim Mərkəzi, Nəqliyyat Mərkəzi və Media Mərkəzinin yaradılması təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər ölkənin regional əməkdaşlıq və dayanıqlı inkişaf platforması kimi rolunu daha da gücləndirir.
Все новости