Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • Komitə sədri Anar Quliyev Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşü...
Komitə sədri Anar Quliyev Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb
Komitə sədri Anar Quliyev Cəlilabad, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlarla görüşüb

Rayonlar üzrə daxil olan müraciətlərin dinlənilməsi və aidiyyəti üzrə həllini təmin etmək məqsədilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev 14 sentyabr 2023-cü il tarixində Cəlilabad şəhərində vətəndaşları qəbul edib.

 

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

 

Qəbul zamanı vətəndaşların əsasən qeyri-yaşayış obyektlərinin layihələndirilməsi ilə bağlı suallarını cavablandırılıb, həmin obyektlərin tikintisinin planlı və şəhərsalma qanunvericiliyinin tələbləri çərçivəsində aparılmasının vacibliyi bildirilib.

 

Həmçinin görüş zamanı sakinlər tərəfindən qaldırılan digər müraciətlər də qeydə alınıb, həlli üçün zəruri tədbirlərin görülməsi ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verilib.



Bütün xəbərlər