Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

  • Ana səhifə
  • Media
  • Xəbərlər
  • 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək!
2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək!
2-ci Azərbaycan Milli Şəhərsalma Forumu çərçivəsində Gənc Peşəkarlar üçün Lektoriya keçiriləcək!

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə təşkilatçılığı ilə keçiriləcək İkinci Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA) şəhərsalma sahəsində təhsili dəstəkləmək və şəhər inkişafında gələcək liderləri ruhlandırmaq üçün hazırlanmış eksklüziv mühazirələr silsiləsi təşkil ediləcək.

 

İki günlük mühazirələrdə müxtəlif ölkələrin şəhərsalma siyasətinin və şəhərlərin gələcək planlaşdırılmasında yeni yolların müzakirə edilməsi üçün iştirakçılara unikal imkan yaradılacaq. Tədbirə dəvət edilmiş beynəlxalq universitetlərdən seçilmiş mütəxəssislər

 

• Prof. Le-Yin Zhang, London Universitet Kolleci

• Prof. Ricardo Garcia Mira, A Coruna Universiteti

• Prof. Jerzy Grochulski , Varşava Texnologiya Universiteti

• Prof. Olgu Çalışkan, Orta Doğu Texniki Universiteti  

 

Şəhərin inkişafı və Şəhərlərin İdarəsi, layihələndirmə, davamlılıq, ekoloji psixologiya, İqlim Dəyişikliyi ilə sənayeləşmə arasındakı əlaqə və digər mühüm mövzularda öz təcrübə və araşdırmaları, habelə dəyərli fikirləri ilə bölüşəcəklər. 

 

30 sentyabr - 1 oktyabr 2023-cü il tarixlərində keçiriləcək tədbirin xüsusi mühazirə hissəsi bütün tələbələr, peşəkarlar və mövzu ilə maraqlanan hər kəs üçün açıqdır. Lektoriya qabaqcıl mütəxəssislərin şəhər problemləri və həll yolları haqqında təcrübə və fikirlərini öyrənmək üçün əlverişli platforma rolunu oynayacaq.

 

Xahiş edirik ki, qeydiyyatınızı təsdiq etmək üçün bu linklə keçərək formanı doldurun: bit.ly/3PD0MlA

 

Baku Marriott Hotel Boulevard

30 sentyabr - 01 oktyabr

 

Qaçırmayın! Bu zənginləşdirən təcrübəyə qoşulun və şəhərlərimizin gələcəyini formalaşdıran dialoqun bir hissəsi olun!



Bütün xəbərlər