WUF13 öz işinə “Yeni Şəhər Gündəliyi” (NUA) üzrə Nazirlər Görüşü ilə başlayıb
Yüksəksəviyyəli görüş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax tərəfindən açılış nitqləri ilə başlayıb.
Nazirlər Görüşü Yeni Şəhər Gündəliyinin növbəti 10 il üzrə həyata keçirilməsi, mənzil təminatı, inklüziv və davamlı şəhər inkişafı sahəsində qlobal prioritetlərin müzakirəsinə həsr olunub.
“Mənzil təminatı yalnız sosial məsələ deyil. Bu, insan ləyaqəti, dayanıqlı inkişaf və şəhərlərimizin gələcəyi ilə birbaşa bağlı məsələdir”, - deyə Anar Quliyev bildirib.