Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • WUF13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlə...
WUF13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb
WUF13-də Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

WUF13 çərçivəsində mayın 20-də Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə Keniya Respublikasının Torpaq, İctimai İşlər, Mənzil və Şəhərsalma Nazirliyi arasında şəhərsalma və dayanıqlı inkişaf sahəsində Anlaşma Memorandumu imzalanıb.

 

Sənədi Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13-ün milli koordinatoru Anar Quliyev və Keniya Respublikasının Torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome imzalayıblar.

 

Memorandum inteqrasiya olunmuş şəhər və ərazi planlaşdırılması, dayanıqlı urbanizasiya, memarlıq, mənzil siyasəti və müasir şəhər inkişafı yanaşmaları üzrə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlib. Sənəd həmçinin torpaq istifadəsi və şəhərsalma sahəsində təcrübə mübadiləsini, “ağıllı” və dayanıqlı şəhər həllərinin təşviqini, eləcə də beynəlxalq təşəbbüs və platformalarda əməkdaşlığı nəzərdə tutur.

 

Sənədin imzalanması tərəflərin dayanıqlı urbanizasiya, ərazi planlaşdırılması və müasir şəhər infrastrukturunun inkişafı sahələrində uzunmüddətli əməkdaşlığa, qabaqcıl təcrübə mübadiləsinə və birgə təşəbbüslərin həyata keçirilməsinə qarşılıqlı marağını təsdiqləyir.

 

Görüşdə Azərbaycan Respublikasının Keniya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri, BMT-nin Nayrobi şəhərindəki bölməsində daimi nümayəndəsi Sultan Hacıyev də iştirak edib.

 

Səfər çərçivəsində Keniya nümayəndə heyəti WUF13 Urban Expo sərgisində təqdim olunan Azərbaycan Pavilyonu ilə də tanış olub. Pavilyonda ölkənin dayanıqlı şəhər inkişafı istiqamətində həyata keçirdiyi müasir yanaşmalar, Böyük Qayıdış proqramı çərçivəsində azad olunmuş ərazilərdə aparılan bərpa layihələri, “ağıllı” şəhər və “ağıllı” kənd həlləri, eləcə də mədəni irsin qorunmasına yönəlmiş təşəbbüslər nümayiş etdirilib.



All news