Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də dayanıqlı şəhərlərin inkişafına həsr olunan yüksəksəviyyəl...
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də dayanıqlı şəhərlərin inkişafına həsr olunan yüksəksəviyyəli forum keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə WUF13-də dayanıqlı şəhərlərin inkişafına həsr olunan yüksəksəviyyəli forum keçirilib

Mayın 20-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə WUF13 çərçivəsində “Yeni şəhər gündəliyində həyat nəfəsi: Davamlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” mövzusunda yüksəksəviyyəli forum təşkil olunub.

 

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat rəhbərinin müavini, WUF13 üzrə milli koordinatorun müavini Gülşən Rzayeva, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktorunun müavini Elizabet Maruma Mrema, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycandakı Ölkə Proqramının rəhbəri Anna Soave, ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva və CAF-ın nümayəndəsi Sesiliya Vaka Cons çıxış ediblər.

 

Daha sonra tədbir panel müzakirələri ilə davam edib.



All news