Komitə sədrinin növbəti vətəndaş qəbulu Qax şəhərində keçiriləcək
Komitə sədri Anar Quliyev 10 iyul 2026-cı il tarixində Qax, Oğuz, Şəki, Qəbələ, Balakən və Zaqatala rayonlarından olan sakinləri qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Qax şəhərində baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 599, 578) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.