Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Komitə sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
Komitə sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də digər idarəetmə qurumlarının rəhbərlərinin iştirakı ilə  şəhər və rayonlarda vətəndaş qəbulları davam edir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev iyul ayının qəbul cədvəlinə uyğun olaraq Lənkəran, Astara, Lerik rayonlarından olan vətəndaşlarla görüşüb.

Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstəsi qoyularaq xatirəsi ehtiramla anılıb.

Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən qəbul zamanı vətəndaşların müraciətləri dinlənilib. Komitənin fəaliyyət istiqamətlərinə aid olan müvafiq məsələlərin bəziləri yerində həll edilib, digərlərinin araşdırılması üçün aidiyyəti üzrə tapşırıqlar verilib.   

Sakinlər vətəndaşların bölgələrdə qəbulu ilə bağlı göstərilən diqqət və qayğıya görə dövlət başçısına və Komitə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər. 



All news