Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Komitə sədri Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak ed...
Komitə sədri Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak edib
Komitə sədri Anar Quliyev COP28 konfransı çərçivəsində keçirilən Nazirlər Toplantısında iştirak edib

6 dekabr 2023-cü il tarixində şəhərsalma və iqlim dəyişiklikləri üzrə məsələlərin müzakirəsi məqsədilə COP28 konfransı çərçivəsində Nazirlər Toplantısı keçirilib.

 

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində konfrans çərçivəsində keçirilən Nazirlər Toplantısında mənzil, şəhərsalma, maliyyə və digər istiqamətlərdə çalışan dövlət qurumlarının rəhbərləri, beynəlxalq təşkilatlarının nümayəndələri və digər yüksək səviyyəli rəsmilər bir araya gəlib.

 

Görüş iqlim böhranına cavab vermək üçün şəhərlər və yerli hökumətlər tərəfindən maliyyələşdirmənin düzgün tətbiqini təmin etmək, sürətləndirmək, hədəfləri müəyyən etmək və gücləndirmək məqsədi daşıyır. Müzakirələrə əlavə olaraq, Toplantıda iqlimlə bağlı fəaliyyətdə nazirliklərin roluna dair maraqlı tərəflər və tərəfdaşlarla məsləhətləşmə prosesinin başlanması da qeyd olunub.

 

Qeyd edək ki, Şəhərləşmə və İqlim Dəyişikliyi üzrə Nazirlər Toplantısında 50-dən çox ölkədən nazir və şəhərlərin iqlimə davamlılığı istiqamətində çalışan 1000-ə yaxın mütəxəssis iştirak edib.



All news