Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişaf və...
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişaf və investisiya perspektivləri təqdim edilib
II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Qarabağ və Şərqi Zəngəzurun uzunmüddətli inkişaf və investisiya perspektivləri təqdim edilib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Layihələrin idarə edilməsi şöbəsinin müdiri Ramil Cahangirov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Yeni investisiya istiqamətləri: daşınmaz əmlak, turizm və şəhərsalma” adlı panel müzakirəsində çıxış edib.

 

Çıxışında o, Qarabağ və Şərqi Zəngəzurun investisiya imkanlarını təqdim edərək kompleks şəhərsalma planlaşdırılması və müasir infrastrukturun irimiqyaslı layihələrin həyata keçirilməsi üçün əlverişli şərait yaratdığını vurğulayıb. Qeyd edib ki, 12 şəhərin Baş planlarında təxminən 11 milyon kvadratmetr tikinti sahəsi, 400 hektardan çox sənaye və logistika zonası nəzərdə tutulub. Bu şəhərlərdə 354 mindən çox əhalinin məskunlaşması proqnozlaşdırılır. Artıq 3,2 milyon kvadratmetrdən çox tikinti sahəsinə icazə verilib.

 

Ramil Cahangirov regionun daşınmaz əmlak, sənaye, logistika və şəhər infrastrukturu sahələrində əhəmiyyətli investisiya potensialına malik olduğunu bildirib. Onun sözlərinə görə, formalaşdırılmış planlaşdırma sistemi, infrastrukturun inkişafı və dövlətin investorlarla dialoqa hazır olması qarşılıqlı faydalı əməkdaşlıq və regionun uzunmüddətli iqtisadi inkişafı üçün geniş imkanlar açır.



All news