Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli liderin 99-cu ildönümü qeyd edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində  Ümummilli liderin 99-cu ildönümü qeyd edilib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində Ümummilli liderin 99-cu ildönümü qeyd edilib

Ümummilli lider Heydər Əliyevin anım günü ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollektivi Fəxri Xiyabanda Ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini yad edib. Komitənin inzibati binasında Ümummilli liderin büstü qarşısına əklil qoyulub.  
Həmin gün Komitədə Ulu öndərin anadan olmasının 99-cu ildönümü münasibəti ilə Komitənin gənc əməkdaşları və təcrübə keçən tələbələrlə görüş keçirilib. Görüşdə müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin zəngin həyat yolu, insani keyfiyyətləri və idarəçilik irsindən, gənclər siyasətindən söz açılıb. 
Çıxış edən Komitə sədri Anar Quliyev bildirib ki, Ümummilli lider Heydər Əliyev tarixin bizə yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Onun xidmətləri sayəsində xalqımız ağır və sərt sınaqlardan çıxa bilmiş, ölkəmiz ictimai-siyasi, iqtisadi, mədəni və digər sahələrdə dirçəliş dövrünə keçid almışdır. Ulu öndərin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın geosiyasi imkanları gerçəkləşmiş, gələcək inkişaf strategiyası əsasında mühüm addımların atılmasına başlanılmışdır. Heydər Əliyev bu inkişafın əsas tərkib hissəsi olaraq gənclərin ölkənin gələcək tərəqqisində rolunu hər zaman xüsusi olaraq vurğulamışdır. 
Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli liderin siyasi kursunu və dövlətçilik ənənələrini layiqincə davam etdirməklə dövlətin təməl prinsiplərini daha da möhkəmləndirmişdir. Azərbaycan regionun siyasi-iqtisadi güc mərkəzinə çevrilməklə yanaşı torpaqlarının işğaldan azad edilməsi ilə yeni inkişaf mərhələsinə qədəm qoymuşdur.    
Sonra çıxışçılar Heydər Əliyevin hakimiyyəti illərində memarlıq sənətinə ayrılan xüsusi diqqətdən, tikinti sektorunda yaşanan canlanmadan və o dövrdən indiki nəsillərə miras qalmış əzəmətli tikililərdən danışıb, Ulu öndər haqqında unudulmaz xatirələrini paylaşıblar. 
Görüşün sonunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən hazırlanmış “Azərbaycanın memarı – Heydər Əliyev” filmi nümayiş olunub.



All news