Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Bu gün şəhərsalma siyasətinin ixrac, logistika və iqtisadi əlaqələrin inkişafındakı roluna həsr ol...
Bu gün şəhərsalma siyasətinin ixrac, logistika və iqtisadi əlaqələrin inkişafındakı roluna həsr olunan Forum keçirilib
Bu gün şəhərsalma siyasətinin ixrac, logistika və iqtisadi əlaqələrin inkişafındakı roluna həsr olunan Forum keçirilib

Bakı Şəhərsalma Həftəsi çərçivəsində təşkil olunan “Şəhərlərdən qlobal ticarətə: İxrac və logistika forumu”nda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini Dövlətxan Dövlətxanov, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan Ofisinin nümayəndəsi Runze Vanq çıxış ediblər.

 

Dövlətxan Dövlətxanov öz çıxışında Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi barədə qərarın Azərbaycanın dayanıqlı və insanyönümlü şəhərsalma siyasətinə verilən beynəlxalq qiymətin göstəricisi olduğunu bildirib. O qeyd edib ki, Forum ölkənin şəhərsalma sahəsində əldə etdiyi nailiyyətlərin, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və Böyük Qayıdış prosesinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır.

 

Forum çərçivəsində təşkil olunan panel sessiyada şəhərlərin dayanıqlı planlaşdırılması, nəqliyyat və logistika infrastrukturunun inteqrasiyası, eləcə də Azərbaycanın şəhərlərinin regional iqtisadi və tranzit mərkəzləri kimi inkişaf perspektivləri müzakirə olunub.



All news