Bakı Şəhərsalma Həftəsi – Şəhərsalmada rəqəmsal texnologiyalar və mədəni irsin qorunması müzakirə olunub
Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Mədəni irs və müasir texnologiyalar: rəqəmsal həllərin tətbiqi” mövzusunda panel sessiya keçirilib.
Tədbirdə şəhərsalma və mədəni irsin idarə olunmasında rəqəmsal texnologiyaların rolu, innovativ həllərin tətbiqi və müasir yanaşmaların dayanıqlı şəhər inkişafına töhfəsi ətrafında müzakirələr aparılıb.