Bakı Şəhərsalma Həftəsi – Memarlıq irsi və inklüziv şəhərsalma yanaşmaları müzakirə olunub
Bakı Şəhərsalma Həftəsi çərçivəsində “İrsdən birliyə” adlı tədbir keçirilib. Memarlığın dayanıqlı və insanyönümlü şəhər mühitinin formalaşdırılmasındakı rolu, əlçatanlıq və ictimai iştirakçılıq məsələləri ətrafında müzakirələr aparılıb.
Həmçinin müasir şəhər çağırışları, memarlıq irsinin qorunması və şəhərsalma proseslərində peşəkarlarla cəmiyyət arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.