Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Toxum Marafonu” adlı ekoloji təşəbbüs keçirilib
Tədbir çərçivəsində iştirakçılar şəhər mühitində biomüxtəlifliyin qorunması, yaşıl məkanların artırılması və ekoloji tarazlığın gücləndirilməsinə yönəlmiş fəaliyyətlərdə iştirak ediblər. Seminar və açıq hava tədbirləri zamanı şəhərlərin yaşıllaşdırılmasının əhəmiyyəti, kollektiv ekoloji təşəbbüslər və dayanıqlı şəhər mühitinin formalaşdırılması ilə bağlı maarifləndirici məlumatlar təqdim olunub.