Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Bakı Şəhərsalma Həftəsi çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirili...
Bakı Şəhərsalma Həftəsi çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib
Bakı Şəhərsalma Həftəsi çərçivəsində Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilib

Tədbirdə dayanıqlı şəhər inkişafı, iqlimə dayanıqlılıq və inklüziv şəhər siyasətləri ətrafında müzakirələr aparılıb. Şəhərsalma proseslərində vətəndaş cəmiyyətinin rolu, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı şəhər mühitinin formalaşdırılmasına dair fikir mübadiləsi aparılıb.

 

Tədbir çərçivəsində çıxış edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, WUF13 Təşkilat Komitəsinin üzvü Hikmət Hacıyev bu toplantının BMT çərçivəsində keçirilən mühüm tədbirlərdən biri olan WUF13 ərəfəsində baş tutduğunu vurğulayıb. O bildirib ki, sürətli urbanizasiya ölkələr üçün yeni imkanlar yaratmaqla yanaşı, ciddi çağırışlar da meydana çıxarır. Bu baxımdan, WUF13-ün təhlükəsiz və dayanıqlı yaşayış məkanları mövzusuna həsr olunması xüsusi əhəmiyyət daşıyır. Hikmət Hacıyev Azərbaycanın post-münaqişə mərhələsində 9 şəhər və yüzlərlə yaşayış məntəqəsini bərpa edən, məcburi köçkünlərin doğma yurdlarına ləyaqətli, təhlükəsiz və dayanıqlı qayıdışını təmin edən nadir ölkələrdən biri kimi öz təcrübəsini bölüşməyə hazır olduğunu qeyd edib.

 

Assambleya çərçivəsində qəbul olunmuş Bəyannamədə Azərbaycanın WUF13-ə ev sahibliyi yüksək qiymətləndirilib, UN-Habitat-a dəstəyə görə minnətdarlıq ifadə olunub. Sənəddə Qlobal Cənub QHT Platformasının BMT tədbirində ilk dəfə öz pavilyonu ilə təmsil olunması, həmçinin WUF tarixində ilk dəfə QHT Forumunun ayrıca dialoq və əməkdaşlıq platforması kimi yer alması tarixi mərhələ kimi qeyd edilib.



All news