Bakı Şəhərsalma Həftəsi çərçivəsində “AzMİU Seminarları: İncəsənət, Memarlıq və İnsanmərkəzli Şəhər Dizaynı” mövzusunda açıq yaradıcı sessiya keçirilib
Sessiya çərçivəsində gənclər insanmərkəzli şəhər mühiti, ictimai məkanlar və müasir şəhər dizaynına dair ideyalarını vizual şəkildə təqdim edərək müxtəlif eskiz və konseptlər üzərində çalışıblar. Tədbir iştirakçılara şəhər məkanlarını yaradıcı və interaktiv şəkildə yenidən düşünmək imkanı yaradıb.
“Bakı Şəhərsalma Həftəsi” çərçivəsində keçirilən tədbirlərin proqramını izləyin, sizə maraqlı olan istiqamətlər üzrə tədbirlərə qoşularaq şəhərsalma ilə daha yaxından tanış olun.