Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura...
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov iştirak edib.
Azərbaycan-Türkiyə İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov iştirak edib.

21 dekabr 2023-cü il tarixində Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyləri çərçivəsində təşkil olunan Azərbaycan-Türkiyə İnvestisiya Forumunun “Yaşıl Enerji və Ağıllı Şəhər” mövzulu panel sessiyasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov iştirak edib.

 

İki ölkə arasında iqtisadi əməkdaşlığı daha da gücləndirmək məqsədi daşıyan Forumda “Azərbaycan: tikinti sektoru ilə bağlı investisiya imkanları”, “Azərbaycan: bərpa olunan enerji sahəsində investisiya imkanları”, “Şəhərin rəqəmsallaşması, xidmətlərin elektronlaşması”, “Enerji keçidi, yaşıl enerjinin əhəmiyyəti” mövzuları ətrafında müzakirələr aparılıb.

 

Qeyd edək ki, Forum Azərbaycan Respublikası tərəfindən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun təşkilatçılığı, Türkiyə Cümhuriyyəti tərəfindən isə T.C. Prezidentin Maliyyə İdarəsinin və Türkiyə Ticarət Nazirliyinin dəstəyi və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə keçirilib.



All news