Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Media
  • News
  • Anar Quliyev BMT-nin xüsusi elçisi ilə şəhər mobilliyi məsələlərini müzakirə edib
Anar Quliyev BMT-nin xüsusi elçisi ilə şəhər mobilliyi məsələlərini müzakirə edib
Anar Quliyev BMT-nin xüsusi elçisi ilə şəhər mobilliyi məsələlərini müzakirə edib

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev BMT Baş katibinin Yol təhlükəsizliyi üzrə xüsusi elçisi Jan Todt ilə görüşüb. Görüşdə Azərbaycan və BMT arasında dayanıqlı nəqliyyat, yol təhlükəsizliyi və şəhər mobilliyi sahələrində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

 

Anar Quliyev may ayında Bakıda keçirilmiş Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) yaratdığı müsbət dinamikanın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb. Bildirilib ki, Forum çərçivəsində qəbul edilən “Bakı Fəaliyyətə Çağırış” (Baku Call to Action) sənədi insanmərkəzli nəqliyyat siyasətlərinin təhlükəsiz, dayanıqlı və davamlı şəhər mühitinin formalaşdırılmasında mühüm rolunu bir daha təsdiqləyir.

 

Tərəflər dayanıqlı və inteqrə olunmuş mobillik həllərinin təşviqi, eləcə də daha inklüziv, əlçatan və yaşanabilən şəhərlərin formalaşdırılması istiqamətində beynəlxalq əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd ediblər.



All news