Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

  • Main page
  • Master plan of Baku
  • Türk Dövlətləri Təşkilatının Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində WUF13 Azərbaycan Pavilyonu...
Türk Dövlətləri Təşkilatının Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində WUF13 Azərbaycan Pavilyonunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Türk Dövlətləri Təşkilatının Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində WUF13 Azərbaycan Pavilyonunda əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb

Türk Dövlətləri Təşkilatının Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində Azərbaycan Pavilyonunda Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın aidiyyəti qurumları arasında şəhərsalma, ərazi planlaşdırılması və dayanıqlı şəhər inkişafı sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

 

Sənəd aşağıdakı istiqamətləri əhatə edir:

·         şəhərsalma və ərazi planlaşdırılması sahəsində təcrübə mübadiləsi, rəqəmsal və “ağıllı” şəhər həllərinin, süni intellekt və coğrafi informasiya sistemləri texnologiyalarının tətbiqi, “yaşıl” şəhərlər konsepsiyasının və iqlim dayanıqlılığının təşviqi, memarlıq təhsili və peşəkar hazırlıq sahəsində əməkdaşlıq, birgə layihələrin, forumların və tədqiqat təşəbbüslərinin həyata keçirilməsi.

 

Bu memorandum innovasiya, ekoloji məsuliyyət və mədəni irsin qorunması prinsiplərinə əsaslanan dayanıqlı şəhər inkişafı üzrə ortaq yanaşmanın formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.



All news