Settings

Appearance of Site

Invertion

Accent Color

Font Size

Letter Spacing

Line Height

Font Family

Azərbaycan WUF13 çərçivəsində dayanıqlı bərpa və regional bağlantının yeni modelini təqdim edib
Azərbaycan WUF13 çərçivəsində dayanıqlı bərpa və regional bağlantının yeni modelini təqdim edib

WUF13 çərçivəsində Azərbaycan Hökuməti tərəfindən “Bağlantının mərkəzində şəhərlər: Şəhər yenidənqurması və regional əməkdaşlıq” adlı xüsusi sessiya təşkil olunub.

 

Sessiyada Azərbaycan Hökumətinin nümayəndələri işğaldan azad edilmiş ərazilərin bərpası, müasir infrastrukturun inkişafı, yaşıl enerji və regional bağlantı istiqamətində ölkənin yanaşmalarını beynəlxalq ictimaiyyətə təqdim ediblər. Azərbaycan nəqliyyat dəhlizləri, rəqəmsal infrastruktur və dayanıqlı şəhərsalmanın inteqrasiyası əsasında uzunmüddətli dayanıqlılığa, iqtisadi transformasiyaya və gələcəyin şəhərlərinə yönəlmiş yeni regional inkişaf modelini nümayiş etdirib.



All news