Komitə sədrinin növbəti vətəndaş qəbulu Ağdaş şəhərində keçiriləcək
Komitə sədri Anar Quliyev 2 oktyabr 2026-cı il tarixində Ucar, Zərdab, Kürdəmir, Ağdaş və Göyçay rayonlarından olan sakinləri qəbul edəcək.
Komitənin səlahiyyətləri çərçivəsində vətəndaşları narahat edən məsələlərin həlli məqsədilə qəbul saat 10:00-dan başlayaraq Ağdaş şəhərində baş tutacaq.
Vətəndaşlar yazılı formada Komitənin sosial şəbəkələrdəki rəsmi səhifələri, office@arxkom.gov.az elektron poçt ünvanı, həmçinin www.arxkom.gov.az rəsmi internet səhifəsində müraciət formasını dolduraraq qəbula yazıla bilərlər.
Bununla yanaşı, qəbul üçün (+994 12) 597 00 47; (+994 12) 595 13 50 nömrəli telefonlar (daxili nömrə: 599, 578) vasitəsilə də şifahi formada müraciət etmək mümkündür.