Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədri Misir Ərəb Respublikasına işgüzar səfər edib
Komitə sədri Misir Ərəb Respublikasına işgüzar səfər edib

14-15 fevral 2023-cü il tarixlərində Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin Misir Ərəb Respublikasına səfəri baş tutub. Səfərin məqsədi Misirin şəhərsalma siyasəti və onun icrası təcrübəsi ilə tanışlıq, ikitərəfli əlaqələrin genişləndirilməsi və beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq imkanlarının müzakirəsidir.

 

Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Misirin beş milyon nəfərdən artıq əhalisi olacaq “Yeni paytaxt” layihəsinin birinci mərhələsinin reallaşdırıldığı ərazini ziyarət edib, “hökumət şəhərciyi”, yaşayış məhəllələri və digər təyinatlı tikinti layihələri ilə yerində tanış olub. Anar Quliyev Misir Ərəb Respublikasının bu və bir çox digər yeni şəhər layihələrini həyata keçirən Mənzil, Mühəndis-Kommunikasiya Sistemləri və Şəhər İcmaları Nazirliyinin “Yeni paytaxt” ərazisində tikilmiş yeni inzibati binasında nazir Assem Elgazzar ilə geniş tərkibli görüş keçirib. Görüş zamanı qarşı tərəfə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şəhərsalma sahəsində aparılan davamlı islahatlar, bu sahədə dövlət siyasəti və ölkəmizin işğaldan azad edilmiş ərazilərində həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib, ərazi planlaşdırılmasında institusional idarəetmə üzrə təcrübə mübadiləsi, ikitərəfli və regional formatlarda əməkdaşlıq imkanlarına dair ətraflı fikir mübadiləsi aparılıb.

 

Səfər çərçivəsində nümayəndə heyətimizin üzvləri sözügedən Nazirliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə cavabdeh rəsmiləri ilə bir sıra görüşlər keçirib, aidiyyəti mövzulara, o cümlədən 2024-cü ildə Misir Ərəb Respublikasının paytaxtı Qahirə şəhərində keçiriləcək 12-ci Ümumdünya Şəhərsalma Forumunda Azərbaycanın iştirakına dair danışıqlar aparıb. 



Bütün xəbərlər