Bakı Şəhərsalma Həftəsi – Şəhərsalmada təhlükəsizlik və dövlət nəzarəti məsələləri müzakirə olunub
Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Şəhərsalma fəaliyyətində tikinti, yanğın, texniki və radiasiya təhlükəsizliyinin təmin olunmasında dövlət nəzarəti” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə sürətli urbanizasiya şəraitində şəhər mühitində təhlükəsizlik məsələləri, infrastruktur yüklənməsi və risklərin idarə olunması ilə bağlı müzakirələr aparılıb. Sessiya çərçivəsində şəhərsalma proseslərində dövlət nəzarətinin rolu, mövcud nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və təhlükəsiz şəhər mühitinin formalaşdırılması məsələləri diqqət mərkəzində olub.