Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən “Gəncə şəhəri, Şah İsmayıl Xətai prospekti, 95 ünvanında tikiləcək parkın layihə-smeta sənədlərinin hazırlanması xidmətləri”nin satın alınması məqsədilə keçirilmiş 2026/AT/03473/V1 nömrəli satınalmada 109 000,00 (yüz doqquz min) manat məbləğində qiymət təklifi vermiş AZ1052, Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli 2, ev 8 ünvanında "BİMD" Qapalı Səhmdar Cəmiyyəti (VÖEN: 1504373601) qalib müəyyən edilmiş və onunla satınalma müqaviləsi imzalanmışdır.