WUF13 çərçivəsində Azərbaycan Pavilyonunda “Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın təqdimatı olub
Tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Read Qasımov çıxış edərək, Baş Planın əsas prioritetləri, polisentik şəhər inkişafı, dayanıqlı nəqliyyat sistemi, müasir infrastruktur, əlçatan mənzil təminatı və insanların həyat keyfiyyətinin yüksəldilməsi istiqamətində həyata keçiriləcək yanaşmalar barədə məlumat verib.
Sessiya çərçivəsində Bakının daha “yaşıl”, inklüziv, dayanıqlı və insanmərkəzli şəhər kimi inkişafı üçün nəzərdə tutulan strateji hədəflər, həmçinin uzunmüddətli şəhərsalma planlaşdırılmasının əhəmiyyəti müzakirə olunub.
Bütün xəbərlər