Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirildi
WUF tarixində mühüm hadisə: Azərbaycanın təşəbbüsü ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirildi

Mayın 18-də Bakıda BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların yüksəksəviyyəli nümayəndələrinin və dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə Liderlərin Bəyanatları üzrə Sessiya keçirilib.

 

Ümumdünya Şəhərsalma Forumunun tarixində ilk dəfə olaraq Liderlərin Bəyanatları üzrə SessiyaAzərbaycanın təşəbbüsü ilə təşkil olunub. Bu təşəbbüs dayanıqlı şəhər inkişafı üzrə qlobal gündəliyin siyasi əhəmiyyətinin artırılması baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın strateji dialoq, beynəlxalq əməkdaşlıq və qlobal təşəbbüslərin təşviqi üçün beynəlxalq platforma kimi artan rolunu bir daha nümayiş etdirib.



Bütün xəbərlər