Anar Quliyev WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edib
Mayın 17-də WUF13 çərçivəsində keçirilən nazirlərin dəyirmi masasında çıxış edən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verib.
Qeyd edib ki, layihələr dayanıqlı inkişaf prinsiplərinə uyğun icra edilir, region ərazisinin yarıdan çoxu yaşıl zona kimi müəyyən olunub və şəhərlərin müasir urbanizasiya yanaşmaları əsasında yenidən qurulması prioritet istiqamətlərdəndir.
Nazirlər Görüşü çərçivəsində bildirilib ki, Azərbaycan BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Bakı İqlim və Sülh Mərkəzi ilə birlikdə “Təhlükəsiz qayıdış üçün ağıllı və dayanıqlı yaşayış məntəqələri” təşəbbüsünün təqdim etməyi planlaşdırır.
Bütün xəbərlər