Tikintilərin dövlət reyestri tikilən, istismar edilən, sökülən və məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektləri barədə hər kəsin istifadə edə biləcəyi (elektron) məlumat toplusudur.
Şəhərsalma və Tikinti Məcəlləsinin 104-cü maddəsində qeyd olunduğu kimi Tikintilərin Dövlət Reyestri Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılır. Reyestrin məlumatları informativ və statistik xarakter daşıyır.
Reyestrə daxil edilən məlumatların tərkibi aşağıdakılardır:
1. Tikintiyə icazə verən yerli icra hakimiyyəti orqanı (Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən Reyestrə təqdim edilməsi nəzərdə tutulan icazəyə dair sənəd və məlumatlar, o cümlədən:
- Obyektin tikintisinə icazənin surəti;
- Sifarişçinin torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti;
- Tikinti obyektinin yerləşdiyi ərazinin müfəssəl planından çıxarış və ya təsdiq edilmiş şəhərsalma əsaslandırılması (kənd ərazisi olduqda kənd ərazisinin yerquruluşu planından çıxarış);
- Tikinti layihəsinin memarlıq - planlaşdırma bölməsi;
- Tikinti obyektinin əsas texniki göstəriciləri (layihə üzrə):
- yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları (ayrıc aktı),
- ərazinin situasiya planı,
- təyinatı barədə məlumat;
- “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində nəzərdə tutulmuş fəaliyyət növlərinə dair ətraf mühitə təsirin qiymətləndirilməsi sənədi və dövlət ekoloji ekspertizasının rəyi.
2. Tikinti obyektinin istismarına icazə verilməsi ilə bağlı aşağıdakı məlumatlar yerli icra hakimiyyəti orqanı (Bakı şəhərinin inzibati ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) tərəfindən reyestrə təqdim edilir:
- Tikinti obyektinin ünvanı və onun döngə nöqtələrinin koordinatları;
- Tikinti obyektinin istismarına icazə verən orqanın adı və ünvanı, eləcə də vəzifəli şəxsin adı, soyadı, vəzifəsi və imzası;
- Tikinti obyektinin istismarına icazə verildiyi tarix və icazənin nömrəsi;
- Tikinti obyektinin istismar təyinatı;
- Tikinti obyektinin əsas texniki göstəriciləri (faktiki );
- Reyestr tərəfindən tikinti obyektinə verilmiş kodun
- Tikinti obyektinin istismara hazırlıq aktı (FHN).
3. Sökülməsi nəzərdə tutulan tikinti obyektləri barədə məlumat (ünvanı, ümumi sahəsi və həcmi).
4. Yerli icra hakimiyyəti orqanı və ya bələdiyyələr tərəfindən ərazi planlaşdırılmasına qoyulan qadağa və məhdudiyyətlərin tətbiqi ilə bağlı sənədlərin surətləri.
5. Məlumatlandırma icraatının tətbiq olunduğu, tikintisi başa çatmış tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinin surəti.