Prezident Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarını təltif edilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi əməkdaşlarının təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə imzalanıb. Sənədə əsasən, Azərbaycanda şəhərsalma və memarlıq sahəsinin inkişafında göstərdikləri səmərəli fəaliyyətə görə Komitənin bir sıra əməkdaşları təltif olunublar:
“Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə
• Hümmətov Namiq Məhəmməd oğlu
• İsbatov İlqar Aydın oğlu
3-cü dərəcəli “Əmək” ordeni ilə
• Qarayev Abdı Nazim oğlu
• Nuriyev Eldar Srac oğlu
“Tərəqqi” medalı ilə
• Aslanov Nadir Bahadır oğlu
• Babayev Zahid Sabir oğlu
• Kazımlı Elçin Çingiz oğlu
• Qasımov Read Azər oğlu
• Məmmədrzayev Cahangir Cavanşir oğlu
• Rzayev Rövşən Ağarza oğlu
• Umudov Elçin Azər oğlu
• Yusifov Nizami Rasim oğlu
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
• Əliyeva Gülbəniz Baba qızı
• Əzizov Elşən Ələsgər oğlu
• Mehtiyev Natiq Rəşid oğlu.
Təltif olunan bütün əməkdaşlarımızı bu münasibətlə səmimi qəlbdən təbrik edir, onlara gələcək fəaliyyətlərində yeni zirvələr arzulayırıq.