Ötən ilin ən yaxşı memarlıq layihələri mükafatlandırılıb!
Qaliblər “Təməl” memarlıq mükafatı və diplomlarla təltif edilib. Mükafatlandırma çərçivəsində 890 layihə arasından seçilmiş 82 iş üzrə 6 nominasiyada qalib elan olunan layihələr aşağıdakılardır:
1. “Binaların bərpası və yenidən qurulması” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Sadıqcanın evi layihəsi (müəllif: Pietro Laureano).
II dərəcəli diplom:
Üzeyir Hacıbəylinin ev-muzeyi layihəsi (müəllif: Ali Emrah Ünlü).
2. “Nəqliyyat, sənaye, rabitə və mühəndis bina və qurğuları” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Laçın kanat yolu layihəsi (müəlliflər: Tomas Kovari, Əyyub Mirzəyev).
II dərəcəli diplomlar:
Hacıqabul rayonu ərazisində Data mərkəzinin layihəsi (müəllif: “Nitel Teknoloyi ve Mühendislik A.Ş” şirkəti).
Cəbrayıl rayonu, Soltanlı dəmir yolu stansiyasının layihəsi (müəlliflər: Elnur Vəliyev, Fidan İsbatova, Gülnarə Məmmədova, Mehparə Əzizzadə).
3. “İctimai binaların memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Dövlət Gömrük Komitəsinin inzibati binasının layihəsi (müəlliflər: Nəriman İmaməliyev, Nigar Hüseynova, Hidayət Mərdanov, NicatNəsibov).
II dərəcəli diplomlar:
"Təzə Bazar" ticarət kompleksinin layihəsi (müəlliflər: Karlis Saltups, Ardit Elezi).
Füzuli rayon Mərkəzi Xəstəxanasının layihəsi (müəllif: “Chapman Taylor LLP” şirkəti).
4. “Mədəniyyət və dini obyektlərin memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – Ağdam İşğal və Zəfər Muzeyi layihəsi (müəlliflər: Fabrizio Konti, Alessandro Bianki, Valentina Fiore Linares, Massimiliano Çelani, Çintsia Grana, Paola Lombardi, Fizuli Əliyev, Əli Məmmədov, Yaşar Zeynallı).
II dərəcəli diplom:
Xocavənd rayonu, Hadrut qəsəbəsində məscid layihəsi (müəlliflər: Elçin Əliyev, Selcan Cəbrayılova).
5. “İctimai məkanlar və landşaft memarlığı” nominasiyası üzrə:
“Təməl” mükafatının laureatı – İtaliya-AzərbaycanUniversitetinin ətrafındakı park layihəsi (müəlliflər: Fizuli Əliyev, Elvin Məmmədov, Əli Məmmədov, Fidan Quliyeva).
II dərəcəli diplom:
İslam Səfərli küçəsinin abadlaşdırılması layihəsi (müəllif: Mansur Bukani).
6. “Yaşayış komplekslərinin memarlığı” nominasiyasıüzrə:
“Təməl” mükafatının laureatı – Cəbrayıl rayonu, Horovlu kəndinin yenidən qurulması layihəsi (müəlliflər: Elnur Vəliyev, Fidan İsbatova, Ağa Xalıqzadə, Nihad Haqverdiyev).
II dərəcəli diplomlar:
Cəbrayıl rayonu, Soltanlı kəndinin yenidən qurulması layihəsi (müəlliflər: Fərhad Qarayev, Aytən Abdullayeva).
"Naxçıvan Rezidens" yaşayış binalarının layihəsi (müəllif: “Chapman Taylor LLP” şirkəti).
Həmçinin gənc memar Nurlan Tahirli Azərbaycan Memarlar İttifaqının təşəbbüsü ilə xüsusi mükafata layiq görülüb.