Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Kürdəmir şəhərinin planlaşdırma işləri yeni sənədə əsasən aparılacaq
Kürdəmir şəhərinin planlaşdırma işləri yeni sənədə əsasən aparılacaq

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sifarişi ilə hazırlanmış Kürdəmir şəhərinin Baş planı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 mart 2022-ci il tarixli müvafiq qərarı ilə təsdiq edilib. Kürdəmir şəhərinin sayca üçüncü Baş planı “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb. 2038-ci ilə qədərki dövr üçün nəzərdə tutulan yeni sənəddə müasir planlaşdırma tələbləri əsas götürülərək şəhərin gələcək inkişaf istiqamətləri müəyyən edilib.

Baş plana əsasən hesabat müddətinin sonuna qədər şəhər əhalisinin artaraq 39000 nəfərə çatacağı gözlənilir. Artan əhalinin təlabatına uyğun olaraq uşaq bağçaları, məktəblər, kiçik parklar və digər sosial xidmət obyektlərinin yerləşdiriləcəyi yaşayış zonalarının qurulması, adambaşına düşən ümumi yaşayış sahəsinin 19,2 m2-dən 25 m2-ə qədər artırılması nəzərdə tutulur. Həmçinin şəhərin inkişafının və əhalinin məşğulluğunun təmin edilməsi üçün yeni sənaye müəssisələrinin yaradılması, ictimai işgüzar zonanın inkişafı planlaşdırılır. Kürdəmir şəhərində əhalinin daha çox kənd təsərrüfatı ilə məşğul olduğu nəzərə alınaraq zonalaşdırma zamanı bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsi və fərdi yaşayış evlərinin həyətyanı sahələrlə təmin edilməsi məsələləri də diqqətdə saxlanılıb.

Sənəddə şəhərin nəqliyyat və mühəndis-kommunikasiya təminatı sistemlərinin genişləndirilməsi məqsədi ilə küçə-yol şəbəkəsinin ümumi uzunluğunun 22+f,53 km-ə çatdırılması nəzərdə tutulur. Əhalinin istirahətinin təşkili və şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün rekreasiya ərazilərinin və şəhərboyu yaşıllıq sisteminin yaradılması təklif edilir.



Bütün xəbərlər