Parametrlər

Saytın görünüşü

İnversiya

Vurğu rəngi

Hərf ölçüsü

Hərf boşluğu

Xətt hündürlüyü

Şrift

Komitə sədri Salyan və Neftçala rayonlarından olan vətəndaşlarla görüşüb
Komitə sədri Salyan və Neftçala rayonlarından olan vətəndaşlarla görüşüb

Dövlət başçısının tapşırığına əsasən vətəndaş məmnunluğunun təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Salyan və Neftçala rayonlarından olan sakinləri qəbul edib. Görüş 20 iyun 2023-cü il tarixində Salyan şəhərində baş tutub.

Qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi hörmət və ehtiramla anılıb.

Qəbul zamanı vətəndaşların torpaq münasibətləri və tikinti fəaliyyəti ilə bağlı sualları qanunvericiliyin tələblərinə uyğun olaraq cavablandırılıb, bu məsələlərin həlli üçün zəruri tədbirlərin görüləcəyi bildirilib.



Bütün xəbərlər